Vətəndaşların qəbulunun dayandırılması müddəti uzadılıb

Vətəndaşların qəbulunun dayandırılması müddəti uzadılıb Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyunun 15-dək fəaliyyətini dayandırıb.
Elm və təhsil
1 İyun , 2020 14:37
Vətəndaşların qəbulunun dayandırılması müddəti uzadılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyunun 15-dək fəaliyyətini dayandırıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Son xəbərlər

Orphus sistemi