Vətəndaşlar təhsil haqqı ilə bağlı TQDK sədrinə müraciət edib

Vətəndaşlar təhsil haqqı ilə bağlı TQDK sədrinə müraciət edib Birbaşa müraciət edən vətəndaşlar da Komissiya sədri tərəfindən dinlənilib
Elm və təhsil
18 Mart , 2015 16:41
Vətəndaşlar təhsil haqqı ilə bağlı TQDK sədrinə müraciət edib

Bakı. 18mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Gədəbəydə vətəndaşları qəbul edib. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Qəbulda Gədəbəy sakinləri ilə yanaşı, Gəncə, Şəmkir, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüş zamanı edilən müraciətlərin əksəriyyəti təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olub. Vətəndaşlar ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul, bir ali təhsil müəssisəsindən digərinə köçürülmə, qabiliyyət tələb edən ixtisaslara qəbul, təhsil haqqı, işə qəbul, qaçqın və məcburi köçkünlərə, həmçinin cəbhə bölgəsindən olan abituriyentlərə və tələbələrə təhsil sahəsində güzəştlər və s. məsələlərə dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyat aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Qeyd edək ki, qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Komissiya sədri tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb. 

Son xəbərlər

Orphus sistemi