Vaşinqtonda ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb

Vaşinqtonda ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb Sazişə əsasən iki qurum arasında bir sıra təhsil layihələri həyata keçiriləcək
Elm və təhsil
6 Noyabr , 2014 12:21

Bakı. 6 noyabr. REPORT.AZ/ ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı (ADT) arasında əməkdaşlıq sazişi imzalanıb.

ADA-nın Kommunikasiya Departamentindən "Report"a verilən məlumata görə, bu münasibətlə təşkilatın Vaşinqtonda yerləşən mənzil qərargahında ADA Universitetinin rektoru Hafiz Paşayev və ADT-nin Baş katibi Xose Manuel İnsulzanın adından təşkilatın İnkişaf üzrə icraçı katibi xanım Şeri Trosun iştirakı ilə imzalama mərasimi təşkil edilib.

Əməkdaşlıq sazişi ADT-nin müvafiq dəstəyi əsasında, ADA Universiteti və təşkilatın üzv dövlətlərində yerləşən təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və eləcə də qarşılıqlı mədəni proqramlarda iştirakı nəzərdə tutur.

İmzalama mərasiminin ardınca tərəflər arasında yenicə bağlanmış sazişin perspektivləri haqqında fikirlərini bölüşən Hafiz Paşayev həmin sənədin ADA Universitetinə dünyanın bu bölgəsini təmsil edən tələbələrin daha geniş şəkildə cəlb edilməsinə imkan yaradacağını qeyd edib. O, əlavə edib ki, ADT ilə əməkdaşlıq eyni zamanda Azərbaycanın bu tədris ocağını gələcəyin liderlərini hazırlayan və faydalı əməkdaşlıqları təşviq edən bir təsisat kimi tanıdacaq. 

Son xəbərlər

Orphus sistemi