Yuxarı
    Bağlamaq

    Vasif Talıbov Batumi Dövlət Universitetində olub

    Ona BDU-nun yaranma tarixi, fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığı barədə ətraflı məlumat verib© Report.az

    Tbilisi. 7 may. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində mayın 6-da Batumi Dövlət Universitetində (BDU) olub.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, universitetin rektoru, professor Merab Xalvaşi qonağı salamlayaraq, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığı barədə ətraflı məlumat verib.

    Qonaqpərvərliyə görə, rektor Merab Xalvaşiyə təşəkkür edən Ali Məclisin sədri Vasif Talıbov BDU-nun Gürcüstanın ən nüfuzlu, ənənələrə malik təhsil müəssisələrindən biri olduğunu bildirib, BDU ilə Naxçıvan Dövlət Universiteti arasında tələbə mübadiləsinin hər iki tərəfə verəcəyi töhfələrdən söz açıb.

    Vasif Talıbov BDU-da ümummilli liderin adını daşıyan “Heydər Əliyev -Azərbaycanşünaslıq Mərkəzi”, “Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyası ilə tanış olub.

    Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov da iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi