Vasif Talıbov AMEA-nın prezidentinə xatirə medalı hədiyyə edib - FOTO

Vasif Talıbov AMEA-nın prezidentinə xatirə medalı hədiyyə edib - FOTO Akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb
Elm və təhsil
25 Noyabr , 2015 14:29
Vasif Talıbov AMEA-nın prezidentinə xatirə medalı hədiyyə edib - FOTO

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. AMEA-dan "Report"a verilən xəbərə görə, ilk olaraq Vasif Talıbov AMEA-nın 70 illiyi münasibəti ilə Akademiya rəhbərliyini, üzvləri və bütün kollektivi təbrik edib. 

Azərbaycanda elmi cəmiyyətin inkişafında Akademiyanın müstəsna rolundan bəhs edən Naxçıvan MR-in Ali Məclisinin sədri bu elmi qurumun cəmiyyətin sosial-iqtisadi tərəqqisinə böyük töhfələr verdiyini vurğulayıb.

Naxçıvan MR-də elm və təhsilin inkişafının, eləcə də elmi və ali təhsil müəssisələrində ixtisaslı kadrların hazırlanmasının daim diqqət mərkəzində olduğunu deyən Vasif Talıbov gənclərin elmə yiyələnmələri üçün bu müəssisələrin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunduğunu, elm və təhsil sahələrində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi əlaqələrin yaradıldığını qeyd edib. Son illər Naxçıvan MR-in bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən, qədim şəhər mədəniyyətinə malik olan Naxçıvanın bugünkü dinamik inkişafından, memarlıq sahəsində aparılan təmir-tikinti işlərindən bəhs edib.

Sonra Vasif Talıbov AMEA-nın Naxçıvan Bölməsində bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və bunun uğurlu nəticələri olduğunu diqqətə çatdırıb. O, həmçinin elmi əsərlərin qiymətləndirilməsi və alimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə onların mükafatlandırıldığını, elm, mədəniyyət, ədəbiyyat və memarlıq sahələrinə dair ən dəyərli əsərlərin dövlət hesabına çap edildiyini söyləyib.

Daha sonra görüşdə AMEA Naxçıvan Bölməsinin Akademiyanın digər elmi müəssisələri ilə yeni elmi istiqamətlərdə əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.

Akademik Akif Əlizadə, öz növbəsində Akademiyaya göstərdiyi xüsusi diqqətə görə, Naxçıvan MR-in Ali Məclisinin sədri Vasif Talıbova təşəkkürünü bildirib.

Sonda səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Vasif Talıbov akademik Akif Əlizadəyə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə medalı hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi