Gələn il Azərbaycanda 92 təhsil müəssisəsi üçün yeni bina tikiləcək

Gələn il Azərbaycanda 92 təhsil müəssisəsi üçün yeni bina tikiləcək İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb
Elm və təhsil
15 Dekabr , 2014 12:14
Gələn il Azərbaycanda 92 təhsil müəssisəsi üçün yeni bina tikiləcək

Bakı. 15 dekabr. REPORT.AZ/ "Azərbaycanda iş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb". "Report" xəbər verir ki, bu barədə Azərbaycan Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb.

“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq, Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.

Hesabatda, həmçinin qeyd olunur ki, 2015-ci ildə 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması və 50 təhsil müəssisəsinin binasında isə cari təmir işlərinin aparılması nəzərdə tutulub. 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinin başlanılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi