Abituriyentlərin V qrup üzrə ixtisas seçimi avqustun 5-dən başlayır

Abituriyentlərin V qrup üzrə ixtisas seçimi avqustun 5-dən başlayır Müsabiqə şərtini ödəyən və qabiliyyət imtahanlarından müvəffəq qiymət alan abituriyentlər bu seçimdə iştirak edə bilər
Elm və təhsil
31 İyul , 2017 13:02
Abituriyentlərin V qrup üzrə ixtisas seçimi avqustun 5-dən başlayır
Report

Bakı. 31 iyul. REPORT.AZ/ Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən və qabiliyyət imtahanlarından müvəffəq qiymət alan abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiqləyə bilərlər.

Xatırladaq ki, I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Son xəbərlər

Orphus sistemi