V "Elektron təhsil" respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

V "Elektron təhsil" respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb 21 nəfər qalib elan olunub
Elm və təhsil
26 Dekabr , 2014 10:29
V Elektron təhsil respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Təhsil Nazirliyi tərəfindən keçirilən V "Elektron təhsil" respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. "Report" xəbər verir ki, tədbirdə iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, müsabiqəyə ümumilikdə 1104 layihə təqdim olunub.

Onun sözlərinə görə, müsabiqənin rəsmi internet səhifəsində qeydiyyatdan keçən 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib: "Müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini gücləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir".

Xatırladaq ki, müsabiqə 3 istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər öz işlərini Təşkilat Komitəsi qarşısında nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub. 47 nəfərin işi isə fərqlənib.

Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara isə müxtəlif hədiyyələr verilib.

Son xəbərlər

Orphus sistemi