Yuxarı
    Bağlamaq

    V Ağıl Oyunları Festivalı keçiriləcək

    Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Azərbaycanda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə V Ağıl Oyunları Festivalı keçiriləcək.

    "Report" xəbər verir ki, festivalın keçirilməsində məqsəd Gənclər siyasətinin önəmli istiqamətlərindən olan intellektual oyunların təşkili, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır. Festivalda universitet tələbələrindən ibarət intellektual oyunlar üzrə yarışan komandalar iştirak edə bilərlər.

    Festival çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Şəki, Quba, İsmayıllı, Ağdaş, Zərdab və Tərtərdə seçim turları təşkil olunacaq. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar V Ağıl Oyunları Festivalının təşkil olunacaq finalına vəsiqə qazanacaq. Festivalın finalı dekabrın 3-də Bakı şəhərində keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi