"Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibətilə şahmat turniri keçirilib

"Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibətilə şahmat turniri keçirilib Tədbirin sonunda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb
Elm və təhsil
30 May , 2015 13:13
Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə şahmat turniri keçirilib

Bakı. 30 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi "1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibətilə Ağcabədi rayonunda "Uşaqlardan Birinci Avropa Oyunlarına dəstək" adlı şahmat turniri keçirib. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Açılış mərasimində çıxış edənlər turnirin əhəmiyyətini vurğulayaraq, idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasətin bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələndiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi buna əyani sübutdur. Bu nüfuzlu tədbirə uşaqdan böyüyə hər bir kəsin dəstək verməsi vacibdir.

Daha sonra Ağcabədi rayon Uşaq-Gənclər Şahmat məktəbində turnirə start verilib. Turnirdə Həsənzadə Əsmər Nizami qızı 1-ci yerin, Emilov Emil Ramil oğlu 2-ci yerin və Abbaszadə Elşad Rəşad oğlu 3-cü yerin qalibi olub.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi