Uşaqlara kitab seçərkən nələrə diqqət etmək lazımdır?

Uşaqlara kitab seçərkən nələrə diqqət etmək lazımdır? "Uşaqları beyni passivləşdirən kitablardan uzaq tutmaq lazımdır"
Elm və təhsil
10 Oktyabr , 2015 16:04
Uşaqlara kitab seçərkən nələrə diqqət etmək lazımdır?

Bakı. 10 oktyabr. REPORT.AZ/ Uşaqların davamlı olaraq beyinlərini passivləşdirən kitabları oxuması onların düşünmək, anlamaq, sorğu-sual etmək, araşdırmaq, qərar vermək, problemləri həll etmək kimi məsələlərdə inkişafına mane ola bilər.

"Report"un məlumatına görə, bunu Türkiyənin Bartın Universitetinin professoru Firdevs Günəş deyib.

O bildirib ki, valideynlər və məktəb rəhbərliyi azyaşlılara və məktəblilərə kitab seçimində diqqətli olmalıdır.

Kitab seçiminin uşaqların gələcək həyatlarına istiqamət verdiyini deyən professor mütaliə vərdişinin qazanılmasında təhsilin böyük rolu olduğunu qeyd edib. Onun sözlərinə görə, bir uşağın oxuduğu kitabdan nələri öyrənməsi onun zəkasından çox oxumaq marağına bağlıdır: "Marağa səbəb olan kitab daha asan oxunur və başa düşülür. Ona görə də kitab seçərkən şagirdin marağına və xarakterinə diqqət edilməlidir. Şagirdləri həyəcanlandıran kitabları seçməklə yaxşı oxucu olmaları ilə yanaşı, oxuma maraqlarını inkişaf etdirmələrinə töhfə verilməlidir. Şagirdlərin şəxsiyyətini və bacarıqlarını inkişaf etdirən, dünya və ətraf aləmi başa düşmələrinə yardım edən kitablar seçilməlidir".

Uşaqların beynini fəallaşdıran maraqların onları hərəkətə keçirərək araşdırma aparma və məlumat toplamağa istiqamətləndirdiyini deyən F.Günəş, azyaşlı və yeniyetmələrin həyəcan duyduqları məsələləri öyrənmək üçün cəhd etdiklərini bildirib. O, passivləşdirən maraqların uşaqları gerçək dünyadan uzaqlaşdırdığını vurğulayıb: "Beyni passivləşdirən kitabların çox oxunması uşaqlarda erkən yaşlarda asan pul qazanmaq yolları, qısa zamanda zəngin olma, istehsal etmədən, düşünmədən və cəhd etmədən istəklərini əldə etmə anlayışını formalaşdırır". 

Son xəbərlər

Orphus sistemi