Yuxarı

“Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqlar üçün yazı müsabiqəsi elan olunub

Bakı. 20 dekabr. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin, erməni vəhşiliyinin, işğal zamanı həlak olmuş, qətlə yetrilmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması məqsədilə “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqlar arasında yazı müsabiqəsi elan edib.

Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən uşaqlar 1 fevral 2019-ci il tarixinə qədər yazılarını, eləcə də, özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, yaş, əlaqə telefonları, təhsil aldığı müəssisə, rayon/şəhər) ushaq.problemleri@mail.ru elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq yazının mətni 2 səhifədən çox olmamaqla, Arial - 14 şrifti və 1,5 intervalla çap edilməlidir. Məqalələr Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.

Müsabiqənin qalibləri mükafatlandırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi