Yuxarı

Aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanları yaradılacaq

Gələn ildən başlayaraq Azərbaycanın dövlət təhsil müəssisələrində ödənişli xidmətlər yaradılacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Gələn ildən başlayaraq Azərbaycanın dövlət təhsil müəssisələrində ödənişli xidmətlər yaradılacaq. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qeyd olunub.

Plana əsasən, 2015-2016-cı illərdə Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilən vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlər hazırlayacaq. Yeni mexanizmlərin tətbiqinə gələn ildən başlanacaq.

Eyni zamanda 2017-ci ildən etibarən aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədi ilə maddi dəstək sistemi yaradılacaq və tətbiq olunacaq. Bununla yanaşı, bu ildən başlayaraq təhsil sistemində elmi tədqiqatların dövlət sifarişi və qrantlar əsasında maliyyələşdirilməsi mexanizmi hazırlanaraq həyata keçiriləcək.

Büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondu yaradılacaq ki, bununla bağlı təkliflər də 2015-2016-cı illərdə hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi