Yuxarı
    Bağlamaq

    Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

    “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edilib

    Bakı. 23 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.

    “Report” xəbər verir ki, qərara əsasən, uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib.

    Nazirlər Kabinetinin qərarı ilə “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 4-cü maddəsinə aşağıdakı məzmunda 4.1.5-ci yarımbənd əlavə edilib:

    “4.1.5. məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi