Yuxarı

​Uşaq ədəbiyyatının problem və prespektivləri müzakirəyə çıxarılıb

Uşaqların nağıl dünyası adlı sərgi də açılıb

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2 Aprel - Beynəlxalq Uşaq Ədəbiyyatı günü münasibətilə AMEA-nın Mərkəzi Kitabxanasında “Uşaq ədəbiyyatı-problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil edib.

Bu barədə "Report"a Fondun mətbuat xidmətindən bildirilib.

Müzakirədən əvvəl kitabxanada balacaların rəsm əsərlərindən ibarət “Uşaqların nağıl dünyası” adlı sərginin də açılışı olub.

Sərgini Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev açaraq, uşaqlara diqqət və qayğıdan, Bilik Fondunun bu yöndə həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, bu günkü tədbrin də keçirilməsində əsas məqsəd uşaqlarda ədəbiyyata və incəsənətə maraq yaratmaqdır.

Tədbir “Uşaq ədəbiyyatı – problemlər və perspektivlər” mövzusunda təşkil edilən müzakirə ilə davam edib. Müzakirədə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, uşaq yazarları – professor Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Sevinc Elsevər, Gülqız Süleymanova, Nərminə Gündüzlü, Vüqar Haqverdiyev, Təhsil Nazirliyinin əməkdaşı Elçin Sərdarov, ibtidai sinif müəllimləri, nəşriyyat direktorları, uşaqlar və valideynlər iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi