Universitetlərin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir

Universitetlərin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir 553 abituriyentdən 404 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib
Elm və təhsil
30 Avqust , 2016 12:48
Universitetlərin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir

Bakı. 30 avqust. REPORT.AZ/ Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı sabah, avqustun 31-i saat 17:00-da başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a bildirilib ki, bu gün saat 12:30-a olan məlumata görə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan 553 abituriyentdən 404 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.

Qeydiyyat sabah saat 17:00-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Son xəbərlər

Orphus sistemi