Universitetlərdən birində tələbələrin biliyi yeni qaydada qiymətləndiriləcək

Universitetlərdən birində tələbələrin biliyi yeni qaydada qiymətləndiriləcək İki kafedra birləşdirilib
Elm və təhsil
19 Sentyabr , 2017 13:54
Universitetlərdən birində tələbələrin biliyi yeni qaydada qiymətləndiriləcək
Report

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) I kurslarda 2017/18-ci tədris ilinin qış imtahan sessiyası ixtisas fənləri üzrə 4 dildə də eyni suallar əsasında və yazılı formada keçiriləcək.

UNEC-dən “Report”a verilən məlumata görə, universitetin Elmi Şurasının üzvləri I kurslarda ixtisas fənləri üzrə 4 dildə vahid sillabuslardan istifadə etmək barədə qərar qəbul ediblər.

Məlumata görə, məqsəd tələbə biliyinin qiymətləndirilməsinin təkmilləşdirilməsidir.

Yeni qaydaya görə, hər fənn üzrə eyni sayda sual hazırlanaraq, öncədən tələbələrə təqdim ediləcək. Ümumilikdə isə imtahan və appelyasiya qaydalarının təkmilləşdirilməsi prosesinin davam etdirilməsi qərara alınıb.

Bundan başqa, Şura üzvləri UNEC-də tədris prosesinin idarəolunmasını səmərəli təşkil etmək və kafedralarda tədris olunan fənlərin paralelliyini aradan qaldırmaq məqsədilə “Ekonometriya” kafedrasının “Statistika” kafedrasına birləşdirilərək “Statistika və ekonometriya” kafedrası yaradılması barədə qərar qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi