Universitetlərdə təhsil alanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesi elektronlaşdırılacaq

Universitetlərdə təhsil alanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesi elektronlaşdırılacaq Proses Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə aparılacaq
Elm və təhsil
9 Avqust , 2016 16:23
Universitetlərdə təhsil alanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesi elektronlaşdırılacaq

Bakı. 9 avqust. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə əmr imzalayıb.

“Report”un məlumatına görə, əmrin imzalanmasında məqsəd ali təhsil müəssisələrinə köçürülmə, yaxud ixtisasların dəyişdirilməsi prosesinin səmərəli və sadələşdirilmiş formada aparılmasıdır.

Əmrə əsasən, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq, bakalavriat səviyyəsində təhsil alanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə aparılmasına başlanılacaq.

Müəyyən edilib ki, ali təhsil müəssisələrinə köçürülmə və ixtisasların dəyişdirilməsi prosesi Təhsil Nazirliyinin elektron portalı (transfer.edu.az) ilə yanaşı, təhsil nazirinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ında müəyyən edilmiş prosedur əsasında da aparılacaq.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılıb.

Son xəbərlər

Orphus sistemi