Bakı. 14 may. REPORT.AZ/ Prezident yanında
O bildirib ki, "Universitet qrantı" müsabiqəsi ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlib. Onun sözlərinə görə, layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədilə ilk dəfə olaraq keçirilən müsabiqəyə Təhsil Nazirliyi təşkilati dəstək göstərib.
"Sənaye qrantı" məqsədli müsabiqə isə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq keçirilib. Məqsəd ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyyələşdirilməsidir. İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin reallaşmasına, ekspertiza işinin həyata keçirilməsinə təşkilati dəstək verib.