UNEC London Universiteti/London İqtisadiyyat Məktəbinə tələbə qəbuluna başlayır

UNEC London Universiteti/London İqtisadiyyat Məktəbinə tələbə qəbuluna başlayır Proqram ingilis dilində həyata keçirilir
Elm və təhsil
22 İyul , 2016 11:49
UNEC London Universiteti/London İqtisadiyyat Məktəbinə tələbə qəbuluna başlayır

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) iyulun 25-dən London Universiteti/London İqtisadiyyat Məktəbinə (London School of Economics – LSE) tələbə qəbuluna başlayacaq. 

UNEC-in Marketinq və Kommunikasıya Departamentindən "Report"a verilən məlumata görə, qəbul LSE-in “Mühasabat və Maliyyə” (BSc in Accounting and Finance) və “Biznes və Menecment” (BSc in Business and Management) ixtisasları üzrə bakalavr dərəcə proqramına aparılacaq.  

Proqram London Universiteti/London İqtisadiyyat Məktəbinin tədris planı əsasında ingilis dilində həyata keçiriləcək.

Məlumata görə, dərslər UNEC-in əsas tədris binasında keçiriləcək və tələbələr lazımi dərs vəsaitləri ilə təmin olunacaq. 

Təhsilini uğurla başa vuran tələbələr iki diplom – Azərbaycan Dövlət İqtisad Universitetinin və London Universitetinin vahid nümunəli bakalavr diplomunu əldə edəcəklər.

Proqrama birinci kursu bitirən, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (PTE Academic – 57, TOEFL – 87, IELTS – 6.0) tələbələr müraciət edə bilərlər.

Sənədlər avqustun 20-dək qəbul edilir.

Son xəbərlər

Orphus sistemi