UNEC-də yaz semestrində tələbələrin dərsə davamiyyəti elektron jurnal vasitəsilə yoxlanılacaq

UNEC-də yaz semestrində tələbələrin dərsə davamiyyəti elektron jurnal vasitəsilə yoxlanılacaq Elektron jurnalda dərsin seminar və ya mühazirə olduğu avtomatik olaraq göstəriləcək
Elm və təhsil
16 Fevral , 2016 15:44
UNEC-də yaz semestrində tələbələrin dərsə davamiyyəti elektron jurnal vasitəsilə yoxlanılacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015-2016-ci tədris ilinin ikinci semestrindən tələbələrin dərsə davamiyyəti elektron jurnal vasitəsilə yoxlanılacaq. Bu barədə "Report"a UNEC-dən məlumat verilib. 

UNEC-də "Keyfiyyət ili" çərçivəsində reallaşdırılan elektron universitet layihəsinin tərkib hissəsi olan elektron jurnalın tətbiqi ilə əlaqədar müəllimlərə təlimlər keçilib. Müəllim şəxsi kabinetindən elektron jurnal bölməsinə daxil olaraq ilk 15 dəqiqə ərzində tələbələrin dərsə davamiyyətini yoxlayacaq. Elektron jurnalda dərsin seminar və ya mühazirə olduğu da avtomatik olaraq göstəriləcək.

Elektron sistem semestrin sonunda tələbənin dərsə davamiyyətini, seminar ballarının, imtahanaqədərki balların hesablanması və kollokviumların nəticələrini də avtomatik hesablamağa şərait yaradacaq. Jurnal ilk olaraq Maliyyə və mühasibat fakültəsi, SABAH qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbivə MBA departamentidə tətbiq olunacaq. 

Tədris prosesində müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən yeniliklərdən biri olan bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi