Yuxarı
    Bağlamaq

    UNEC-də “Məzun Günü” keçiriləcək

    Dinlə

    Bakı. 25 iyun. REPORT.AZ/ İyunun 28-də UNEC-də “Məzun Günü” keçiriləcək.

    Bu barədə "Report"a UNEC-in Marketinq və kommunikasıya departamentindən məlumat verilib.

    “İnter Arena” stadionunda təşkil olunacaq tədbirdə ali təhsil müəssisəsinin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları da iştirak edəcəklər. Tədbirdə iştirak etmək üçün Fransanın Montpellier Universitetinin rəsmiləri də Azərbaycana gələcək. Onlar UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının ilk məzunlarını təbrik edəcəklər.

    “Məzun Günü”nü Azərbaycanın xalq artisti Murad Dadaşov aparacaq. Tədbirdə tələbələri məzun olmaları münasibətilə əməkdar artist Röya Ayxan təbrik edəcək. Eyni zamanda populyar ifaçı Rauf (-400) və DJ Chına öz “remix”ləri ilə açıq havada keçirilən “Məzun Günü”nə rəng qatacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi