Yuxarı
    Bağlamaq

    "Ümumi təhsildə keyfiyyət ili"nin yekunlarına həsr olunan konfrans keçirilib

    Dinlə

    Bakı. 9 iyul. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə "Ümumi təhsildə keyfiyyət ili"nin yekunlarına həsr olunan konfrans keçirilib.

    "Report" xəbər verir ki, “Keyfiyyətin təminatı: Məktəb idarəetməsi və qiymətləndirmə” adlı konfransda təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

    Konfransın keçirilməsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəb idarəediciləri və təhsilverənlərin iştirakı ilə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri, tədris ili ərzində görülən işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, səmərəli məktəb idarəetmə modelinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirməkdən ibarətdir.

    Konfransda çıxış edən təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva 2017-2018-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib. M.Vəliyeva şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, onların biliyinin qiymətləndirilməsi, davamiyyət, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, şagirdlərin I sinfə qəbulu, məktəbəhazırlıq qruplarının təşkilinin əhəmiyyəti barədə danışıb. Həmçinin, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması və digər müvafiq məsələlərə toxunub.

    Konfransda məktəbdaxili monitorinqin təşkili və idarəedilməsi, məktəbdaxili qiymətləndirmənin nəticələrindən idarəetmədə istifadə olunması, test tapşırıqları və onların hazırlanması, məktəbdə psixoloji xidmətin təşkili və sağlam psixoloji mühitin rolu, təhsilverənlərin fəaliyyətinin artırılması məsələləri müzakirə olunub.

    Müzakirələrdə müxtəlif məsələlərlə bağlı təkliflər bildirilib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi