Yuxarı

Ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşları artılırıb

Ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşları artılırıb
Sənədi baş nazir Artur Rasi-zadə imzalayıb

Bakı. 22 mart. REPORT.AZ/ Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşları artılırıb.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 482 manat müəyyən edilib. Əvvəllər direktorların vəzifə maaşı 486, müavinlərinin isə vəzifə maaşı 435 manat olub.

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi