Ukraynanın təhsil naziri diplomların tanınması ilə bağlı azərbaycanlı tələbələrə müraciət edib

Ukraynanın təhsil naziri diplomların tanınması ilə bağlı azərbaycanlı tələbələrə müraciət edib Kiyev. 26 noyabr. REPORT.AZ/ Azərbaycanlı tələbələrin Ukraynanın bir sıra ali məktəblərinin diplomlarının tanınmaması isə bağlı problemindən xəbərdaram. Demək istəyirəm ki, artıq bunu həll edirik.
Elm və təhsil
26 Noyabr , 2018 16:57
Ukraynanın təhsil naziri diplomların tanınması ilə bağlı azərbaycanlı tələbələrə müraciət edib

Kiyev. 26 noyabr. REPORT.AZ/ "Azərbaycanlı tələbələrin Ukraynanın bir sıra ali məktəblərinin diplomlarının tanınmaması isə bağlı problemindən xəbərdaram. Demək istəyirəm ki, artıq bunu həll edirik".

Bu fikirləri "Report"a müsahibəsində Ukraynanın təhsil naziri Liliya Qrineviç deyib.

Onun sözlərinə görə, Azərbaycanda, əsasən, ya çox zəif olan, ya da özəl ali məktəblərin diplomları tanınmır: "2014-cü ildən bəri Ukraynada Azərbaycan diplomlarının tanınması, təxminən, 7 dəfə artıb. Bu o deməkdir ki, indi Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq edirik və hansı universitetlərin diplomlarını tanıya biləcəyimizi dəqiq bilirik".

Nazir azərbaycanlı tələbələrə müraciət edərək onlardan təhsil alacaqları universitet barədə məlumat toplamalarını, onun xarici tələbələr üçün təhsil proqramlarına lisenziyasının olub-olmadığını yoxlamalarını istəyib. O daha ətraflı məlumat üçün Ukrayna Beynəlxalq Təhsil Mərkəzinə müraciət edilməsini məsləhət görüb.

"Ukrayna diplomlarının təsdiqlənməsinə dair sorğu aldığımız zaman bu məsələlərlə fərqli struktur - Akademik Mobillik üzrə Milli İnformasiya Mərkəzi məşğul olur. Bu Mərkəz artıq Azərbaycandan olan bir çox sənədlərlə məşğuldur. Mərkəzdən həmçinin diplomun mütləq təsdiqlənməsi üçün daxil olmaq istədiyiniz universitetin hansı cəhətlərinin olmasının zəruriliyi barədə məlumat da almaq olar. Eyni zamanda Mərkəzin Ukrayna, rus və ingilis dillərində hazırlanmış saytında diplomun tanınması üçün təqdim edilməli olan bütün sənədlərin siyahısını da əldə edə bilərsiniz", - L.Qrineviç əlavə edib.

Nazir qeyd edib ki, Ukraynada universitetlərin "qara siyahısı" da var.

Son xəbərlər

Orphus sistemi