Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Ukrayna Təhsil Nazirliyi: Ukrayna universitetlərinin diplomlarının Azərbaycanda tanınmaması ilə bağlı rəsmi şikayət daxil olmayıb
Elm və təhsil
2 Fevral , 2017 16:26
Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Kiyev. 2 fevral. REPORT.AZ/ Ukraynanın ali təhsil müəssisələrində 2016/2017 tədris ili etibarilə 11627 Azərbaycan vətəndaşı təhsil alır.

Bu barədə "Report"a Ukrayna Təhsil və Elm Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Avropa İnteqrasiyası İdarəsindən bildiriblər.

İdarədən həmçinin qeyd edilib ki, Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının sayı ildən ilə artır. Son 3 ildə Ukraynanın ali təhsil müəssisələrində oxuyan tələbələrin sayı belədir:

2013/2014 tədris ili - 9468 nəfər, onlardan 72-si hazırlıq kursunda (h/k);

2014/2015 tədris ili - 10 090 nəfər, onlardan 26-sı h/k;

2015/2016 tədris ili - 10 529 nəfər, onlardan 39-u h/k.

Ukrayna Təhsil Nazirliyindən onu da bildiriblər ki, Ukrayna universitetlərinin diplomlarının Azərbaycanda tanınmaması ilə bağlı azərbaycanlı tələbələrdən heç bir rəsmi şikayət daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi