Yuxarı

Türkiyənin təhsil naziri Azərbaycana gəlib

Bakıya həmçinin Türkiyə Ali Təhsil Şurasının sədri Yekta Saraç da gəlib

Bakı. 28 noyabr. REPORT.AZ/ Türkiyənin təhsil naziri Nəbi Avcı Azərbaycana gəlib. "Report" xəbər verir ki, səfərdə məqsəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türkkon) iclasında iştirak etməkdir.

N.Avcı səfər çərçivəsində həmçinin Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. 

Bundan əlavə, Türkiyə Ali Təhsil Şurasının sədri Yekta Saraç da Azərbaycana gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi