Türkiyənin Azərbaycandakı səfiri BANM-də olub

Türkiyənin Azərbaycandakı səfiri BANM-də olub Rektor Elmar Qasımov səfir Erkan Özorala “Fəxri qonaq” diplomunu təqdim edib
Elm və təhsil
8 Fevral , 2017 11:58
Türkiyənin Azərbaycandakı səfiri BANM-də olub

Bakı. 8 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

E.Qasımov səfiri Ali Məktəbdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyənin qardaş ölkələr öldüğünü deyən rektor iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcudluğuna toxunub. E.Qasımov Türkiyənin universitetlərində çox sayda azərbaycanlı tələbələrin təhsil aldıqlarını və gənclərin bu ölkəyə böyük marağının olmasından bəhs edib. Rektor rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurlarından söz açıb. O, BANM-ləTürkiyə universitetlərinin qarşılıqlı əlaqələrinin qurulmasında maraqlı olduğunu dilə gətirib. E.Qasımov yaxın vaxtlarda Ali Məktəblə YÖK(Yüksekoğretim Kuruluarasında əməkdaşlıqla bağlı işlərin görüldüyünü vurğulayıb. Rektor deyib ki, Türkiyənin Orta Doğu Teknik Universiteti (ODTU) ilə BANM-in əlaqələrinin qurulmasında maraqlıdır. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün Ali Məktəbə yenidən dəvət edib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral rektor E.Qasımova səmimi qəbula görə öz təşəkkürünü bildirib. Səfir Türkiyə-Azərbaycan əlaqələrinin "bir millət iki dövlət" anlayışı üzərində qurulduğunu bildirib. Iki qardaş ölkə arasında əlaqələrin inkişafından söz açan səfir əməkdaşlığın bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində yüksək səviyyədə olduğunu deyib. Səfir Ali Məktəblə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduğunu vurğulayıb. 

Görüşdə qarşılıqlı əməkdaşlıq, həmçinin YÖK-lə əlaqələrin inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə olunub.

Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim edib.

Son xəbərlər

Orphus sistemi