Türkiyədə Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb

Türkiyədə Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb Fənni tədris edən müəllimlərin fərdi öhdəlikləri yoxlanılıb
Elm və təhsil
21 Dekabr , 2016 18:50
Türkiyədə Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb

Bakı 21 dekabr. REPORT.AZ/ Türkiyənin Kayseridəki Ərciyəs Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, monitorinqi BBMM-in baş məsləhətçisi Sevinc Mürvətqızı aparıb.

Monitorinqdə məqsəd Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun davamlılığının təmin edilməsi, fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması olub.

Monitorinq zamanı Ərciyəs Universitetində Azərbaycan multikulturalizmi fənninin dinləyicilərinə ölkəmizdəki multikultural mühit, tolerant durum mövzusunda mühazirə oxunub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini sözügedən universitetdə tədris edən Qafar Mehdiyev və fənnin dinləyicisi olan tələbələr iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi