Yuxarı

​Türkiyə universitetlərinə ödənişsiz qəbul günləri keçiriləcək

Sərgidə Türkiyənin özəl universitetləri və yataqxanalar iştirak edəcəklər

Bakı. 2 avqust. REPORT.AZ/ “Akademi Group” Xaricdə Təhsil Mərkəzi Türkiyə universitetlərinə ödənişsiz qəbul günləri keçirəcək. 

"Report" xəbər verir ki, ictimai sərgi formatında keçiriləcək qəbul günləri avqustun 6-7-dək ziyarətçilər üçün açıq olacaq. "Hilton" hotelində təşkil olunan sərgidə Türkiyənin özəl universitetləri və yataqxanalar iştirak edəcəklər.

“Akademi Group” tərəfindən təşkil olunan sərgidə tələbələrə Türkiyədə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar, dil kursları və bu sahə ilə əlaqədar digər məsələlər haqqında ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, həmin universitetlərdə təhsil almaq istəyən tələbələr yerindəcə qeydiyyatdan keçə və qəbul ola bilərlər. Universitetlərə qeydiyyatdan keçmək istəyən ziyarətçilərin attestat, xarici passport və ya şəxsiyyət vəqisələrini gətirməkləri kifayətdir. Sərgi 12:00-17:00-dək baş tutacaq. İştirakçılar Türkiyənin dövlət universitetlərinə qəbul şərtləri barədə ətraflı məlumatı “Akademi Group”un stendindən ala bilərlər.

Qeyd edək ki, iki günlük sərgi müddətində Türkiyənin Bahçeşehir, Üsküdar, Aydın və Beykent kimi prestijli universitetləri də iştirak edəcək.

Sərgidə iştirak üçün bu linkdən qeydiyyatdan keçmək mümkündür. İştirak ödənişsizdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi