Yuxarı

​Türkdilli ölkələr ümumi ədəbiyyat dərsliyi çap edəcəklər

Dərslik Beynəlxalq Türk akademiyasında hazırlanır

Bakı. 6 oktyabr. REPORT.AZ/ Türkdilli ölkələrin şagirdləri üçün vahid ədəbiyyat dərsliyi çap olunacaq. "Report" Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, dərslik Beynəlxalq Türk akademiyasında hazırlanır. Burada, həmçinin unikal elmi layihə olan "Əcdadlarımızın irsi" adlı yüzcildlik də hazırlanacaq.

Bu layihəyə bir neçə il vaxt sərf olunacaq. Alimlər türk dünyası ölkələrinin folkloru, müasir əsərləri, eləcə də məşhur şəxsiyyətləri haqqında məlumatları toplamalı olacaqlar.

Qeyd edək ki, layihələri həyata keçirəcək Beynəlxalq Türk akademiyasının təsisçiləri Azərbaycan, Qırğızıstan, Türkiyə və Qazaxıstandır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi