Türk əsilli alim Nobel mükafatı alıb

Türk əsilli alim Nobel mükafatı alıb ABŞ-da yaşayan Əziz Səncər kimya üzrə Nobel mükafatı alan üç alimdən biri olub
Elm və təhsil
7 Oktyabr , 2015 15:34
Türk əsilli alim Nobel mükafatı alıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Kimya üzrə Nobel mükafatını alanlardan biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, kimya elmi üzrə 2015-ci il Nobel mükafatı Tomas Lindal (Britaniyada işləyir), Pol Modriç və Əziz Səncərə (hər ikisi ABŞ-da işləyir) verilib.

Nobel Komitəsi mətbuat üçün açıqlamasında bildirib ki, onlar zədələnən DNT-nin "təmiri" və genetik informasiyanın saxlanılması zamanı molekulyar səviyyəni göstərən üsulun tapılmasına görə bu mükafata layiq görülüblər.

Xəbərdə bildirilib ki, professor, doktor Əziz Səncər xərçəng xəstəliyi ilə bağlı əhəmiyyətli elmi işləri olan dünyada tanınan alimdir. O, xərçəng xəstəliyində "ritmik saat" müalicəsinin müəllifidir.

Əziz Səncər hazırda ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin müəllimidir. 

Son xəbərlər

Orphus sistemi