Yuxarı

Misir Mədəniyyət Mərkəzinin müdiri Azərbaycan Turizm və Menecment Universitetində olub

Görüşdə əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib

Bakı. 16 yanvar. REPORT.AZ/  Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin müdiri Əhmed Sami Elaydi Azərbaycan Turizm və Menecment Universitetini ziyarət edib.

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Universitetin rektoru Cəfər Cəfərov diplomata Turizm və Menecment Universitetinin yaranma fəaliyyətindən, uzun illər Misir Mədəniyyət Mərkəzi ilə əlaqələrindən söhbət açıb. 

Əhmed Sami Elaydi görüşdən məmnunluğunu bildirib, Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı 15 illik fəaliyyətindən danışıb.

Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə Qədim Misir sivilizasiyasının tarixindən, mədəniyyətindən bəhs edən sərgilərin, görüşlərin, mühazirələrin təşkil olunmasından, o cümlədən misirli elm adamlarının Azərbaycan Turzim və Menecment Universitetinin fəaliyyəti barədə məlumatlandırılması üçün görüşlər keçirilməsindən və ölkələr arasında turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi