Yuxarı

TQDK qabiliyyət imtahanı verəcək abituriyentlərə müraciət edib

Tələb olunan sənədlər mayın 20-dən iyunun 2-dək saat 09-dan 17-dək qəbul olunacaq

Bakı. 8 may. REPORT.AZ/ TQDK ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. 

"Report" xəbər verir ki, abituriyentlər ümumi qaydada elektron ərizələrini rəsmiləşdirdikdən sonra tələb olunan sənədləri (siyahı “Abituriyent” jurnalının 3-cü nömrəsində verilib) mayın 20-dən iyunun 2-dək saat 09-dan 17-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) TQDK-nın aşağıda göstərilən müəssisələrdə yaradılan Qeydiyyat komissiyalarına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat komissiyaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir. Bakı şəhəri - Azərbaycan Memarlıq və İnşaat Universiteti (A. Sultanova küçəsi 11, İdman Korpusu, Bakı Dövlət Universiteti ilə üzbəüz)

Naxçıvan şəhəri - TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Nizami küçəsi, 10)

Gəncə şəhəri - Azərbaycan Texnologiya Universiteti (Şah İsmayıl Xətai prospekti, 103)

Şəki şəhəri - TQDK-nın Şəki Regional Bölməsi (M. Ə. Rəsulzadə prospekti, 182. Şəki Şəhər Bələdiyyəsinin binası)

Lənkəran şəhəri - TQDK-nın Lənkəran Regional Bölməsi (H. Aslanov xiyabanı, 52)

Xaçmaz şəhəri - TQDK-nın Xaçmaz Regional Bölməsi  (M.Ə.Rəsulzadə küçəsi, 7b)

Ağcabədi şəhəri - M.F.Axundov adına şəhər 3 saylı məktəb-lisey (Faiq Əlizadə küçəsi, 1)

Şirvan şəhəri - TQDK-nın Şirvan Regional Bölməsi (M.Ə.Rəsulzadə küçəsi, 19)

Göyçay şəhəri - TQDK-nın Göyçay Regional Bölməsi (Rauf İsayev küçəsi, 43)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi