Yuxarı

TQDK ümumtəhsil məktəblərinin əlaqələndiricilərinə xəbərdarlıq edib

200 minə yaxın şagird haqqında məlumat Şagird-məzun sisteminə təqdim edilib

Bakı. 1 aprel. REPORT.AZ/ "2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı"nın növbəti mərhələsi başlayıb. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Aprelin 1-dən 15-nə kimi davam edəcək bu mərhələ ümumtəhsil məktəblərində təhsil alan buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən əvvəlki tədris ilinin illik qiymətlərinin sinif rəhbərləri tərəfindən yoxlanmasını, zəruri hallarda məlumatlara təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən müvafiq əlavə və düzəlişlərin edilməsini əhatə edir.

TQDK həmçinin ümumtəhsil məktəbləri əlaqələndiricilərinin nəzərinə çatdırıb ki, "Şagird-məzun" sisteminə daxil edilməyən məlumatların aprelin 15-nə qədər əlavə edilərək təsdiqlənməsini təmin etməlidirlər.

Qeyd edək ki, aprelin 1-nə olan statistikaya əsasən, ümumtəhsil müəssisələri tərəfindən sistemə təqdim edilən şagirdlərin sayı 198 482 nəfər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi