TQDK tərəfindən keçirilməsi nəzərdə tutulan zona müşavirələrinin vaxtı dəyişdirilib

TQDK tərəfindən keçirilməsi nəzərdə tutulan zona müşavirələrinin vaxtı dəyişdirilib Buna səbəb martın 15-də rezidenturaya qəbul imtahanı və peşə liseylərinin məzunları üçün buraxılış imtahanlarının keçirilməsidir
Elm və təhsil
10 Mart , 2015 14:00
TQDK tərəfindən keçirilməsi nəzərdə tutulan zona müşavirələrinin vaxtı dəyişdirilib

Bakı. 10 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilməsi nəzərdə tutulan zona müşavirələrinin vaxtı dəyişdirilib. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Komissiya martın 15-də rezidenturaya qəbul imtahanı və peşə liseylərinin məzunları üçün buraxılış imtahanları keçirəcək. Bununla əlaqədar zona müşavirələrinin başqa vaxtda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, TQDK tərəfindən respublikanın 9 rayonunda 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinin keçirilməsi nəzərdə tutulurdu. Zona müşavirələrinin Lənkəranda, Şəkidə və Xaçmazda martın 11-də, Bakıda, Gəncədə, Ağcabədidə, Göyçayda və Şirvanda martın 12-də, Naxçıvanda isə martın 13-də təşkil olunacağı açıqlanmışdı.

Son xəbərlər

Orphus sistemi