TQDK tərəfindən keçiriləcək SAT imtahanına qeydiyyat davam edir

TQDK tərəfindən keçiriləcək SAT imtahanına qeydiyyat davam edir İmtahan mayın 2-də saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq
Elm və təhsil
19 Mart , 2015 19:24
TQDK tərəfindən keçiriləcək SAT imtahanına qeydiyyat davam edir

Bakı. 19 mart. REPORT.AZ/ TQDK tərəfindən növbəti SAT imtahanının keçirilməsi cari ilin mayın 2-də nəzərdə tutulur. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

İmtahanda iştirak etmək istəyənlərin qeydiyyatı davam edir və son müraciət vaxtı aprelin 7-si saat 09:00-da bitəcək. TQDK-nın “College Board” saytında qeydiyyatdan keçmiş test mərkəzinin kodu 60129-dur. Qeydiyyatdan keçmək üçün keçid: http://tqdk.gov.az/en/international-partnerships/sat/

İmtahan mayın 2-də saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

Qeyd edək ki, SAT imtahanı şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir.

Son xəbərlər

Orphus sistemi