TQDK səyyar Sənəd Qəbulu komissiyaları yaradacaq

TQDK səyyar Sənəd Qəbulu komissiyaları yaradacaq Səyyar Sənəd Qəbulu komissiyaları mayın 5-dən 18-nə kimi fəaliyyət göstərəcək
Elm və təhsil
4 May , 2015 11:24
TQDK səyyar Sənəd Qəbulu komissiyaları yaradacaq

Bakı. 4 may. REPORT.AZ/ "TQDK ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək, onların vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün səyyar SQK-lar yaradacaq". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, TQDK-nın respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin (Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan) əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-lar fəaliyyət göstərəcək: "Bunun nəticəsində ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq etdirə biləcəklər".

Qeyd edək ki, səyyar Sənəd Qəbulu komissiyaları mayın 5-dən 18-nə kimi fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi