Yuxarı

TQDK sədri Zərdabda vətəndaşları qəbul edəcək

Qəbul yanvarın 30-da Zərdabda Heydər Əliyev Mərkəzində baş tutacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə yanvarın 30-da Zərdab şəhərində vətəndaşlarla görüş keçirəcək. "Report" xəbər verir ki, bu barədə TQDK-nın yaydığı məlumatda bildirilir.

Zərdab şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Zərdab rayonunun sakinləri ilə yanaşı, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli və İmişli rayon sakinləri də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Ağcabədi regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Zərdab, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli və İmişli rayon Təhsil Şöbələrinə də 21-29 yanvar, saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi