TQDK sədri Xaçmazda vətəndaşları qəbul edəcək

TQDK sədri Xaçmazda vətəndaşları qəbul edəcək Qəbul Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində olacaq
Elm və təhsil
17 Fevral , 2015 14:03
TQDK sədri Xaçmazda vətəndaşları qəbul edəcək

Bakı. 17 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə fevralın 27-də Xaçmaz şəhərində vətəndaşlarla görüş keçirəcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilməsi nəzərdə tutulan qəbulda Xaçmaz rayonunun sakinləri ilə yanaşı Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Xaçmaz regional bölməsinə müraciət etmələri xahiş olunur. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon Təhsil Şöbələrinə də fevralın 17-si və 26-sı (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi