Yuxarı

​TQDK sədri Qəbələdə vətəndaşları qəbul edib

Vətəndaşlar TQDK-nın Qəbələ şəhərində regional bölməsinin yaradılmasını təklif ediblər

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib. 

TQDK-dan "Report"a verilən məlumata görə, qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Şəki rayon sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Görüş zamanı vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul, əvvəlki illərin məzunu olan və hərbi xidmətə çağırış yaşı tamam olmuş oğlan abituriyentlərin sənəd qəbulu prosesində iştirakı, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarına dair izahedici materialların dərc olunmasına dair TQDK-nın sədrinə suallar veriblər. 

Vətəndaşlar həmçinin TQDK-nın Qəbələ şəhərində regional bölməsinin yaradılmasını və ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər üçün belə komissiyaların sayının artırılmasını təklif ediblər.

Bütün müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Vətəndaşlara bildirilib ki, komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi