Yuxarı

TQDK sədri Oğuzda vətəndaşları qəbul edib

Vətəndaşlar xüsusi təyinatlı təhsil müəssisəsindən xaric edilən tələbələrin digər mülki ali təhsil müəssisələrindən birinə bərpasını istəyiblər

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Oğuzda vətəndaşlarla görüşüb. 

TQDK-dan "Report"a verilən xəbərə görə, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Görüş zamanı vətəndaşlar xüsusi təyinatlı təhsil müəssisəsindən xaric edilən tələbələrin digər mülki ali təhsil müəssisələrindən birinə bərpası, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, həmçinin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul qaydalarında edilmiş yeniliklər, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulunun nəticələri və digər məsələlər barədə TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər.

Bütün müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb, bəzi müraciətlər yerindəcə öz həllini tapıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi