TQDK sədri: "0-500 intervalında bal toplayan oğlan abituriyentlərin sayı qızların sayından çoxdur"

TQDK sədri: "0-500 intervalında bal toplayan oğlan abituriyentlərin sayı qızların sayından çoxdur" "İmtahanlarda iştirak edən qızların yalnız 45,40 faizi, oğlanların isə 36,22 faizi müsabiqədə iştirak etmək hüququ qazanıb"
Elm və təhsil
3 Mart , 2015 12:52
TQDK sədri: 0-500 intervalında bal toplayan oğlan abituriyentlərin sayı qızların sayından çoxdur

Bakı. 3 mart. REPORT.AZ/ "Aşağı və orta (0-500) intervalında bal toplayan oğlan abituriyentlərin sayı qızların sayından çoxdur. Belə ki, balları 0-500 intervalına düşən abituriyentlərin 52,7 faizi məhz oğlanlardır". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə "Gənclərin peşə seçiminin gender aspektləri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

TQDK sədri bildirib ki, yüksək (500-700) bal intervalında vəziyyət əksinədir: "Burada qız abituriyentlər üstünlük təşkil edir. Balları bu intervalda  olan abituriyentlərin 46,7 faizi oğlanlar, 53,3 faizi isə qızlardır".

M.Abbaszadə onu da əlavə edib ki, qəbul imtahanlarında iştirak edən oğlanların 50,6, qızların isə yalnız 36,5 faizi 100-dən az bal toplayıb: "Aşağı bal topladıqları üçün 30 942 oğlan və 24 094 qız müsabiqədən kənarda qalıb. Qəbul imtahanlarında iştirak edən qızların yalnız 45,40 faizi, oğlanların isə 36,22 faizi müsabiqədə iştirak etmək hüququ qazanıb".

Son xəbərlər

Orphus sistemi