TQDK peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək

TQDK peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək İmtahan 24 şəhər və rayonda təşkil olunacaq
Elm və təhsil
10 Mart , 2016 16:55
TQDK peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək

Bakı. 10 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 13-də ölkənin bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək.

Bu barədə “Report”a Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, imtahan 24 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Qusar, Xaçmaz) təşkil olunacaq.

İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytında “Şagird-Məzun” sisteminə müvafiq qaydada daxil olmaqla çap edə bilirlər.

İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq.

Şagirdlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini(Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 16 yaşı fevralın 29-dək tamam olmayan şagirdlər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsinin verdiyi və fotoşəkilləri yapışdırılan arayışını) gətirməlidir.

Belə ki, buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili), riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Əlavə olaraq, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

Məlumat üçün bildirək ki, imtahanın aparılması üçün 30 imtahan mərkəzi ayrılıb. Prosesin idarə edilməsinə 39 imtahan rəhbəri, 363 zal nəzarətçisi cəlb olunub.

İmtahanlarda ümumilikdə 4448 şagirdin (Bakıda 1917, Gəncədə 344, Şəmkirdə 68, Gədəbəydə 98, Qazaxda 77, Tovuzda 111, Sumqayıtda 406, Abşeronda 124, Şamaxıda 60, Qaxda 85, Bərdədə 176, Göyçayda 123, Kürdəmir 61, Zərdabda 37, Şirvanda 94, Sabirabadda 95, Biləsuvarda 27, Salyanda 90, Saatlıda 98, Lənkəranda 38, Cəlilabadda 98, Qubada 80, Qusar 57, Xaçmazda 84) iştirak edəcəyi gözlənilir. 

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı kimidir:

Təhsilin səviyyəsi Qiymət Fənlər üzrə düzgün cavabların sayı
Ana dili
(Azərbaycan bölməsi)
Ana dili
(rus bölməsi)
Riyaziyyat Xarici dil/Kimya
Tam orta 2 0-7 0-7 0-7 0-6
3 8-17 8-17 8-16 7-16
4 18-25 18-25 17-24 17-24
5 26-30 26-30 25-30 25-30

Son xəbərlər

Orphus sistemi