TQDK ​orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini çap edib

TQDK ​orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini çap edib Nəticələr “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunub
Elm və təhsil
10 Avqust , 2016 12:10
TQDK ​orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini çap edib

Bakı. 10 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edib.

Komissiyadan "Report"a verilən məlumata görə, jurnalda ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi