​TQDK növbəti sınaq imtahanı keçirib

​TQDK növbəti sınaq imtahanı keçirib İmtahanda iştirak etmək üçün internet vasitəsilə 49 224 abituriyent qeydiyyatdan keçib
Elm və təhsil
11 Aprel , 2016 08:44
​TQDK növbəti sınaq imtahanı keçirib

Bakı. 11 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 10-da respublikanın 33 şəhər və rayonunda sınaq imtahanları keçirib. TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imtahanda iştirak etmək üçün internet vasitəsilə 49 224 abituriyent qeydiyyatdan keçib.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Abşeron, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Masallı, Qusar, Xaçmaz, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz şəhər və rayonlarında, ümumilikdə 64 binada təşkil olunub.

Qeyd edək ki, bu gündən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalı aparılır və nəticələr yaxın günlərdə elan olunacaq. İmtahan nəticələrini Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərdən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Son xəbərlər

Orphus sistemi