TQDK-nın yeni sistemi fəaliyyətə başlayıb

TQDK-nın yeni sistemi fəaliyyətə başlayıb Qeydiyyat müvafiq təhsil müəssisəsi tərəfindən internet vasitəsilə aparılır
Elm və təhsil
25 Noyabr , 2014 16:56
TQDK-nın yeni sistemi fəaliyyətə başlayıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən test imtahanlarına respublikanın ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə yaradılan “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi bu gündən etibarən fəaliyyətə başlayıb. "Report" xəbər verir ki, sistemdə nəzərdə tutulduğu kimi, zal nəzarətçilərinin qeydiyyatı müvafiq təhsil müəssisəsi tərəfindən internet vasitəsilə aparılır. 

Belə ki, ümumtəhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud zal nəzarətçiləri bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri (sosial sığorta kartının nömrəsi, əmək haqqının ödənilməsi üçün bank rekvizitləri və s.) məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır, əmək müqavilələrini bağlayır. 

TQDK tərəfindən “Elektron qeydiyyat sistemindən istifadə qaydaları”nın öyrənilməsi, növbəti tədris ili üçün görüləcək hazırlıq işlərinin qrafiki və qarşıya qoyulan vəzifələr mövzusunda rayon əlaqələndiriciləri üçün treninqlər keçirilib. Treninqlərdə izahat işi Bakı, Sumqayıt və Abşeron rayonları üzrə Təşkilati-metodik təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov, digər rayonlar üzrə isə TQDK-nın regional bölmələrinin müdirləri tərəfindən aparılıb.

Son xəbərlər

Orphus sistemi