TQDK magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib

TQDK magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib İmtahanda ən yüksək nəticə isə 96 bal olub
Elm və təhsil
7 Mart , 2016 19:37
TQDK magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib

Bakı. 7 mart. REPORT.AZ/ Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub.

Komissiyadan "Report"a verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsinə martın 6-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub.

Martın 7-dən imtahan protokolları və cavab kartlarının emalına başlanılıb və həmin gün saat 19:40-dan etibarən nəticələr TQDK-nın internet səhifəsində yerləşdirilib.

Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.

Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilər.

İmtahanda iştirak etmək üçün 24110 bakalavr qeydiyyatdan keçib. Onlardan 1 695 nəfər imtahana gəlməyib, 4 nəfər qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. 10 nəfər bakalavr isə qaydalara zidd olaraq sual kitabçalarını imtahandan sonra özləri ilə apardığı üçün imtahan nəticələri araşdırılır.

İmtahanda ən yüksək nəticə isə 96 bal olub. 

Son xəbərlər

Orphus sistemi