​TQDK magistraturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçirir

​TQDK magistraturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçirir İmtahanda iştirak etmək istəyən bakalavrlar TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər
Elm və təhsil
13 Fevral , 2015 18:43
​TQDK magistraturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçirir

Bakı. 13 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün onlayn sınaq imtahanı keçirir. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Qəbul imtahanı ərəfəsində bakalavrlara öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn sınaq imtahanında suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.

İmtahanda iştirak etmək istəyən bakalavrlar TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Sınaq imtahanının bu gün axşam saatlarından etibarən həyata keçirilməsi nəzərdə tutulur. Bakalavrlar əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə tqdk.gov.az internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər.

Son xəbərlər

Orphus sistemi