TQDK magistraturaya keçirilən müsabiqənin nəticələri ilə bağlı Apelyasiya komissiyası yaradıb

TQDK magistraturaya keçirilən müsabiqənin nəticələri ilə bağlı Apelyasiya komissiyası yaradıb Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər
Elm və təhsil
14 May , 2015 17:37
TQDK magistraturaya keçirilən müsabiqənin nəticələri ilə bağlı Apelyasiya komissiyası yaradıb

Bakı. 14 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinin magistraturalarına keçirilən müsabiqənin nəticələri ilə bağlı Apelyasiya komissiyası yaradılıb. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Apelyasiya komissiyası 14-15 may 2015 ci il tarixlərində saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi